Neftçilerin etibarlı sosial müdafiesi temin olunub
20 Sentyabr 2013 Cümə 17:31
ARDNŞ terefinden DSMF-ye neft sahesinde çalışan sığortaolunanlar üzre ümumilikde 91,5 milyon manat mecburi dövlet sosial sığorta haqqı ödenilib.
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır. Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən məlumat görə, 2001-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 20 sentyabr “Neftçilər günü” elan edilib və bu tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.

Məlumata görə, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

DSMF-dən bildirirlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2013-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91,5 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar