Nazirliyin emekdaşları Çexiya tecrübesini öyrenir
23 Avqust 2013 Cümə 14:38
Bu sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın (ƏƏSMN) əməkdaşları Çexiya Milli Əlillər Şurasının dəvəti ilə avqustun 19-dan 26-dək Praqada təcrübə keçirlər. ANS PRESS ƏƏSMN-ə istinadən xəbər verir ki, məqsəd sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi və eyni zamanda BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının milli qanunvericiliyə tətbiqi mexanizmi sahəsində Çexiya təcrübəsini öyrənməkdir.
Səfər “World Vision İnternational” humanitar təşkilatı yanında “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsinin işçi ekspert qrupunun tərkibində baş tutub. Qrupun tərkibinə Milli Məclis Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev və “World Vision İnternational” humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov daxildir.
Səfər çərçivəsində Çexiya Nazirlər Kabineti yanında Əlilliyi olan şəxslərlə iş üzrə dövlət Komitəsində, Çexiyanın Əmək və Sosial Rifah Nazirliyində, Çexiya Milli Əlillər Şurasında və aidiyyatı qeyri-hökumət təşkilatlarında görüşlər keçirilib.
Görüşlərdə BMT-nin qeyd olunan Konvensiyasının Çexiyanın milli qanunvericiliyinə implementasiyasının mövcud mexanizmi və sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi ilə bağlı həyata keçirilən praktika öyrənilib. Habelə bu sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
DOSTLARINLA PAYLAŞ: