Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakının Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi İsfəndiyar Mehbalıyev tutduğu vəzifədən azad edilərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsin rəis təyin olunub. 3-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov isə 34-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur.
Nazir Ramil Usubov yeni əmr imzaladı
Əmrə əsasən Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb.




Şərhlər