Nazir Eli Abbasov Şekiye gedir
06 İyun 2013 Cümə Axşamı 15:07
Qəbula gəlmək istəyən vətəndaşlar nəqliyyat vasitələri ilə təmin olunacaq.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən iyun ayının 21-də Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz,Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar