Nazir Eli Abbasov bu gün vetendaşlarla görüşecek
17 Avqust 2013 Şənbə 01:44
Eli Abbasov şimal bölgesinde ehalini maraqlandıran suallara cavab verecek.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şabran rayonunda 3-20-04

Quba rayonunda 5-45-00

Qusar rayonunda 5-50-00

Xaçmaz rayonunda 5-22-18

Siyəzən rayonunda 4-01-20

Xızı rayonunda 5-01-00

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar