İstedadlı gənc müəllimlərin məlumat bankı yaradılıb.
Azərbaycanda istedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması məqsədilə gənc müəllimlərin məlumat bankı yaradılıb. Hər bir rayon, şəhər üzrə 25-35 yaşlarında gənc müəllimlər haqqında məlumat Təhsil Nazirliyinə göndəriləcək. Beləcə, yerlərdən alınan bu məlumatlar əsasında nazirlikdə vahid informasiya bazası formalaşacaq.
175 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən gənc müəllimə Hökümə Qurbanova belə hesab edir ki, bu bankın yaradılması istedadlı müəllimlər üçün perspektivlər açacaq. Qeyd edək ki, yaradılan məlumat bankına artıq 1210 istedadlı gənc müəllim haqqında məlumat daxil edilib. Nazirlik sözügedən bankda məlumatları yer alan müəllimlərin qabaqcıl təcrübələrini öyrənməklə yanaşı, onlar üçün treninqlər və zona müşavirələri də keçirməyi planlaşdırır.