Müdafiə sənayemiz daha bir beynəlxalq sərgidə iştirak edəcək
31 Mart 2013 Bazar 07:49
“İDEF-2013” sərgisində müdafiə sənayesi sahəsində ixtisaslaşmış 230-dan çox şirkət iştirak edəcək.
Türkiyədə Mayın 7-dən 10-dək “İDEF-2013” Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. İstanbul şəhərində təşkil olunacaq “İDEF-2013” sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi sahəsində ixtisaslaşmış 230-dan çox şirkətinin iştirak edəcəyi sərgidə, MDB-nin üzvü olan dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan və Ukrayna təmsilçiləri müxtəlif stendlərlə təmsil olunacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar