Ölkə

MTN açıqlama verdi

Dövlət təhlükəsizliyinə nəzarət olunur.

· Xəbərçi
MTN açıqlama verdi
Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən Azərbaycan vətəndaşlarının videosunun yayılması və onların mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırmaları barədə Milli Təhlükəsizlik Nazirliyi açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən Azərbaycan vətəndaşının videosu yayılıb. “Youtube”da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırıb.

Şərhlər