Ölkə

Mobil operatorlar Rabitə Nazirliyinə ziyan vurub

Mobil operatorlara növbəti xəbərdarlıq olunub.

· Xəbərçi
Mobil operatorlar Rabitə Nazirliyinə ziyan vurub
Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.

Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub.Dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

Şərhlər