Misir Merdanovun görüşü təxirə salındı
20 Aprel 2013 Şənbə 11:42
Təhsil nazirinin bu gün Sumqayıtda nəzərdə tutulan vətəndaşların qəbulu qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Azərbaycan təhsil nazirinin bu gün Sumqayıtda nəzərdə tutulan vətəndaşların qəbulu qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov deyib.
Onun sözlərinə görə, qəbula yazılan vətəndaşlara öncədən təhsil naziri ilə görüşün təxirə salındığı barədə məlumat verilib. Ələkbərov görüşün nə vaxt keçiriləcəyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə görə təhsil naziri bu gün Sumaqyıt, Abşeron və Xızı rayonlarının vətəndaşlarını qəbul etməli idi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Misir Mərdanovun Azərbaycanın təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilərək Azərbaycanın təhsil naziri təyin edilib.
DOSTLARINLA PAYLAŞ: