Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair sualları cavablandırıb.
- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?
- Naziri vəzifəyə təyin edən də, vəziifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.
- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?
- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcksiniz.
- Yeni təhsil nazirini tanıyırsınızmı?
- Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.
- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?
- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.
Misir Merdanov yeni vezife teklifi alıb
Sabiq təhsil naziri Misir Merdanov vəzifəsindən getmə səbəbləri və gələcəkj fəaliyyətinə dair sualları cavablandırıb.




Şərhlər