Misir Merdanov ölkeden çıxa bilmez?
12 İyul 2013 Cümə 13:06
Resul Quliyev: Hazırda Misir Merdanovun bütün hüquqları mehdudlaşdırılıb, heç yana gede bilmez.
“Misir Mərdanova ölkədən çıxmağa qadağa qoyulub”. Bunu Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “Azadlıq” radiosuna müsahibədə deyib. Açıqlamada bir sıra məqamlara toxunan keçmiş spiker sabiq təhsil naziri Misir Mərdanovun hüquqlarının məhdudlaşdırıldığını deyib.

“Məsələn, Misir Mərdanovu işdən çıxarıblar. Hazırda onun bütün hüquqları məhdudlaşdırılıb, heç yana gedə bilməz. Bir vəzifə veriblər, qalmalıdır orda”.

Jurnalistin “Misir Mərdanovla bağlı dediklərinizdə hansısa məlumatlarınıza istinad edirsiniz, yoxsa ümumi ab-havanı çatdırmaq üçün onun adını misal kimi çəkirsiniz” sualına R.Quliyev “dəqiq sizə deyirəm ki, o, Azərbaycandan heç yana çıxa bilməz” deyə əminliklə vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar