Mirəziz Seyidzadə dəfn edilib
12 May 2014 Bazar Ertəsi 17:24
QMİ-nin Fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə Türkoba kənd qəbristanlığında torpağa tapşırılıb.
Bu gecə vəfat edən Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dəfn edilib. Hacı Mirəziz Ağa bu gün Türkoba kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı QMİ-nin səlahiyyətli şəxsləri, ətraf kəndlərin və rayonların dindarları, ziyalıları iştirak edib.

Dəfn mərasimində iştirak edənlər Seyid Mirəziz Ağanı tanıdıqları şəxsiyyətlər içərisində ən layiqlisi olduğunu bildiriblər.

Mirəziz Seyidzadəni Azərbaycanda tanımayan az adam tapılardı. Maraqlı dini söhbətləri və islam dinin təbliğinə görə apardığı işləri ilə tanınırdı. Bir necə Həcc ziyarətində olan M.Seyidzadə sonuncu ziyarətlərindən birində Kəbə örtüyünün dəyişdirilməsini müşahidə etmiş və gördüklərini kameraya çəkib ANS-ə təqdim etmişdi.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bu gecə saat 1 radələrində vəfat edib. Paytaxt xəstəxanalarının birinə beyin qan dövranının pozulması və hipertoniya diaqnozu ilə daxil olan Hacı Mirəzizin həyatını həkimlər xilas edə bilməyib. Hacı Mirəziz bu ilin mart ayında “insult” keçirmişdi.

Allah rəhmət eləsin!



DOSTLARINLA PAYLAŞ:

oyunlar