Milli Qehreman Albert Aqarunov yad edildi
08 May 2013 Çərşənbə 15:42
Albert Aqarunov 1992-cu il mayın 8-i Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək həlak olub.
Şuşa uğrunda gedən döyüşdə həlak olmuş Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun qəbrini bu gün yaxınları, döyüş yoldaşları və təhsil aldığı eyni zamanda adını daşıdığı Bakı Şəhər Suraxanı rayonu 154 saylı orta məktəbin şagirdləri ziyarət ediblər. Qarabağ müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanan Albert Aqarunov tank komandiri təyin edilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-cu il mayın 8-i Şuşa uğrunda gedən döyüşlərdə Albert Aqarunov snayper gülləsinə tuş gələrək həlak olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar