Millət vəkili Qənirə Paşayeva Somalidə həkimlik edəcək
07 Avqust 2012 Çərşənbə Axşamı 01:18
Azərbaycanın millət vəkili Qənirə Paşayeva Somaliyə gedir.
APA-nın xəbərinə görə, millət vəkili bu barədə facebook sosial şəbəkəsində geniş məqalə yayıb.
O bildirib ki, iki həftə ərzində Somalidə olacaq və orda tibbi təhsili üzrə ehtiyacı olan uşaqlara yardım göstərəcək.
Millət vəkili qeyd edib ki, Somalidə tibbi yardıma ciddi ehtioyac var:
“Somalidə ən böyük ehtiyaclardan biri də həkimə olan ehtiyacdır. Tibb Universitetini bitirdiyim üçün onlara bu sahədə bir az da olsa kömək edə biləcəyimi düşünürəm”.
Q. Paşayeva qeyd edib ki, Somalidən olan 10 yaşlı Abdulahi Dahirin sosial şəbəkələrdə paylaşılmış təsirli fotosu onun bu qərarını qətiləşdirməsinə təkan verib.
DOSTLARINLA PAYLAŞ: