Ölkə

Metroda qatarların hereketi dayanıb

Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi: Araşdırma aparılır.

· Xəbərçi
Metroda qatarların hereketi dayanıb
Mayın 11-i saat 19:00 radələrində Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. “Nərimanov” stansiyasından “Həzi Aslanov” istiqamətinə gedən qatarların hərəkəti bir müddət dayanıb. Sosial şəbəkələrdə hərəkətin təxminən yarım saata yaxın dayandığı bildirilir.

Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov “Azadlıq” radiosuna qatarların hərəkətində problem yarandığını təsdiqləyib, amma dayanmanın 10 dəqiqədən çox olmadığını deyib. Hərəkətin hansı səbəbdən dayanmasına gəlincə, o, hələ araşdırma aparıldığı deyib.

Şərhlər