Bakı Metropolitenində qatarda problem yaranıb.
ANS PRESS-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə bildirib ki, bu gün saat 18:13-də Bakı Metropoliteninin “28 May” – “Həzi Aslanov” xəttində 48 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib.
“28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb.
Qatar baxış üçün depoya göndərilib.
.
Metroda problem yarandı
Hadisə ilə əlaqədar qatarların ümumi qrafikində 3 dəqiqə gecikmə olub.




Şərhlər