Metroda nasist peyda olub
12 Avqust 2014 Çərşənbə Axşamı 00:45
Bakıda yenidən nasistlər peyda olub. Şəhərimizdə belə faktların olması ciddi narahatlığa kifayət qədər əsaslar verir.
Bakıda yenidən nasistlər peyda olub.

ANS PRESS-in məlumatına görə, bir müddət öncə Bakının mərkəzində qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində III Reyxin - alman faşistlərinin gerbi olan qara rəngli mayka geyinmiş gənc bir nasistin Bakının mərkəzində arxayın gəzişdiyi barədə məlumat getmişdi.

Bü gün izləyicilərimizdən birinin bizə göndərdiyi foto da daha bir nasistin özündən razı halda Bakı metrosunda nümayişkarcasına ayağındakı döyməni göstərməsi artıq həyacan təbilinin çalınmasına ehtiyac yaradır.

Şəhərimizdə belə faktların olması ciddi narahatlığa kifayət qədər əsaslar verir.






DOSTLARINLA PAYLAŞ:

oyunlar