Mescidlerde bayram namazı qılındı
09 Avqust 2013 Cümə 10:28
Bu gün seher ekser mescidlerde, o cümleden Teze Pir Mescidinde bayram namazı qılınıb.
Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb.

Trend-in məlumatına görə, yeni Ay Azərbaycan ərazisində dünən müşahidə olunmadığından bayram namazı bu gün səhər qılınıb.

Qeyd edək ki, dünyanın bəzi müsəlman ölkələrində Ramazan bayramı ilə bağlı bayram namazı avqustun 8-də qılınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar