Merkezi Seçki Komissiyası treninqlere başlayıb
30 Sentyabr 2013 Bazar Ertəsi 16:08
Merkezi Seçki Komissiyası treninqlere başlayıb. Treninqler daire seçki komissiyalarındakı informasiya texnologiyaları mütexessisleri üçündür.
Azərbaycanda prezident seçkilərinə sayılı günlər qaldı və seçkilərlə bağlı hazırlıqlar da gün-gündən sürətləndirilir. Artıq indidən Mərkəzi Seçki Komissiyasının “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə seçicilər tərəfindən şikayətlər də daxil olmağa başlayıb. MSK daxil olan müraciətləri daha operativ və şəffaf araşdırmaq üçün dairə seçki komissiyalarındakı informasiya texnologiyaları mütəxəssisləri üçün treninqlərə başlanılıb.

MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmədovun sözlərinə görə, ümumilikdə, quruma 4914 müraciət daxil olub ki, bunlardan 4560-ı araşdırılıb, 355-i isə anonim olduğuna görə araşdırıla bilinməyib. Seçki günü şəffaflığı artırmaq məqsədilə səsəvermə bitdikdən sonra bülletenlərin sayılması zamanı Dairə Seçki Komissiyalarından gələn məlumatları MSK dərhal ictimaiyyətə açıqlayacaq. Bu məqsədlə də bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkilib və MSK ilə lokal şəbəkədə birləşdirilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar