Məmməd Əmin Rəsulzadənin Gəncədəki son büstü təhlükədə
    10 Sentyabr 2013 Çərşənbə Axşamı 00:55
    Azərbaycan istiqlalının banisinin Gəncədəki son büstü də götürülə bilər.
    
                	 
    
         Azərbaycan istiqlalının banisi Məmməd Əmin Rəsulzadənin Gəncədəki son büstü də götürülə bilər. Bu barədə musavat.com-a Gəncə  sakini, Müsavat Partiyasının Məclis üzvü Cahangir Əmirxanlı  məlumat verib. Redaksiyamıza göndərdiyi müvafiq fotoya izahat verən C. Əmirxanlı deyib:
“Bu şəkil Gəncədə, Dəmiryolçular parkında çəkilib. Ağ - qara parça ilə bükülmüş büst M.Ə. Rəsulzadənin Gəncədəki yeganə büstüdür! Arxada görünən tikinti isə o büstün 5-7 metrliyində tikilmiş restorandır. Hər şeydən görünən budur ki, bu restoranı orada tikməklə böyük öndərin büstünü ləğv etmek istəyirlər”. C. Əmirxanlı deyir ki, hətta  M.Ə. Rəsulzadənin doğum günündə həmin ərazini bağlayıb , büstün üstünə əklil qoyulmasına polis gücünə imkan verməmişdilər.
DOSTLARINLA PAYLAŞ: