Media Hüququ İnstitutu informasiya əldə edilməsi hüququ ilə bağlı martın 14-də birgünlük treninq keçirəcək. Qurumdan verilən məlumata görə, dövlət qurumlarının informasiya xidməti təmsilçiləri, hüquqşünaslar, jurnalistlər, QHT təmsilçiləri üçün nəzərdə tutulmuş treninq maarifləndirmə xarakteri daşıyır. Treninqdə bilgi, məlumat azadlığının dəyəri, prinsipləri, bilgi sorğularının yerinə yetirilməsi qaydaları, müddətləri və sair izah olunacaq, praktik vərdişlər öyrədiləcək. Treninqlər zamanı bu sahədə ölkənin tanınmış ekspertlərinin mühazirələri dinləniləcək. Tədbirdə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli informasiya əldə edilməsi hüququ ilə bağlı fikirləri ilə bölüşəcəklər.
Röya Rəfiyeva/ANS PRESS/