Məcburi köçkünlər yolu bağladılar
02 Aprel 2013 Çərşənbə Axşamı 13:30
Onlar evlərin paylanma şərtlərindən narazıdırlar.
Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlər aksiya keçirirlər. Onların ANS PRESS-ə verdikləri məlumata görə, 5 nömrəli yataqxananın sakinləri, təxminən 50 ailə yolu bağlayıb. Əraziyə xeyli sayda sayda polisin toplaşdığı bildirilir.
Aksiyaya səbəb isə yeni tikilən qəsəbədə bəzi sakinlərə müxtəlif bəhanələrlə evlərin verilməməsidir.
Yolu bağlayan ailələr onlara Şurabadda ev verildiyini deyirlər. "Biz ora razıyıq. Amma ailələrə ayrılıqda ev verilməlidir".
Xatırladaq ki, artıq ötən aydan məcburi köçkünlərin Bakı Dövlət Universitetinin yataqxanasından köçürülməsinə başlanılıb.
DOSTLARINLA PAYLAŞ: