Maaşlar artacaq
28 İyun 2013 Cümə 11:20
Büdceden maliyyeleşen teşkilatlarda çalışanların maaşları artırılacaq. Prezidentin sözleri buna işaredir.
Bu barədə Modern.az-a millət vəkili Musa Quliyev məlumat verib. O bildirib ki, əmək haqlarının artırılması prezidentin səlahiyyətində olan bir məsələdir. “Prezident ilin əvvəlindəki müşavirədə bildirmişdi ki, əmək haqqı, pensiya və müavinətlərdə artım olacaq. İki gün öncə də prezidentin hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncamı oldu. Yəqin ki, ümumən büdcədən maliyyələşən digər təşkilatlarda çalışanların maaşları artırılacaq. Amma nə zaman və nə qədər artacaq, onu deyə bilmərəm”.
Nazirlər Kabineti həkim və müəllimlərin dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırladığını söyləyən millət vəkilinin sözlərinə görə, bununla bağlı təkliflər verilib. “Həkim və müəllimlərin dövlət qulluqçusuna aid edilməsi ilə bağlı konsepsiya hazırlanır. Bununla bağlı konsepsiya hazır olandan sonra Milli Məclisə göndəriləcək və dövlət qulluğu haqqında qanuna əlavə və dəyişikliklər ediləcək. Konsepsiya ilə tanış olduqdan sonra məsələyə fikir bildirə bilərik. Amma bütövlükdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarında nə zaman və nə qədər artım olacağını demək çətindir. Çünki bu dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Ona görə də buna müdaxilə etməyimiz və fikir bildirməyimiz düz olmaz”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar