Lerik rayonunun 6 kəndinə təbii qaz verilib. ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadla verdiyi məlumata görə, ümumilikdə 6 kəndə 208 ədəd qaz sayğacı quraşdırılıb. Belə ki, 22 abonenti olan Məhləbad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2813 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib. 22 ədəd qaz sayğacı, 90 abonenti olan Kələxan və Hüseynabad kəndlərinin qazlaşdırılması üçün isə ümumilikdə 5439 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib.
90 ədəd sayğac və 1 qaztənzimləyici şkaf, 35 abonenti olan Kəlvəz kəndinin qazlaşdırılması üçün uzunluğu 4440 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 35 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf, 27 abonenti olan Göydərə kəndinin qazlaşdırılması üçün uzunluğu 2727 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 27 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf, həmçinin 34 abonenti olan Ordahal kəndinin qazlaşdırılması üçün uzunluğu 4950 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 34 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.
Lerik rayonunun 6 kendine tebii qaz verilib
Lerik rayonunun 6 kendine tebii qaz verilib. Ümumilikdə 6 kəndə 208 ədəd qaz sayğacı quraşdırılıb.




Şərhlər