Lerik rayonuna 2 milyon manat pul ayrıldı 
    18 Sentyabr 2013 Çərşənbə 23:49
    Lerik rayonuna 2 milyon manat pul ayrıldı. Vəsait Noda - Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinə sərf ediləcək.
    
                	 
    
         Prezident  İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib. Sərəncamda deylir: 
Otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan - Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılsın.
DOSTLARINLA PAYLAŞ: