Prezident İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Lənkəran şəhər İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.
Lənkəran şəhərinə 5 milyon manat ayrıldı
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.




Şərhlər