Ölkə

Kür qırağındakı Tuqay meşələri bərpa ediləcək

Bərpa Azərbaycan hökümətinin ekologiyanın qorunması ilə bağlı qəbul etdiyi proqrama əsasən reallaşacaq.

· Xəbərçi
Kür qırağındakı Tuqay meşələri bərpa ediləcək
Kür çayı kənarında yerləşən, adı yaddaşımızda qalsa da, özündən bir əlmamət belə olmayan məşhur Tuqay meşələri yenidən salınacaq. Bu barədə məlumatı ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov verib.
Onun sözlərinə görə, meşələrin bərpasına yaxın vaxtlarda başlanılacaq. "Azərbaycan hökümətinin 2004-2018-ci illər ekolgiyanın qorunması ilə bağlı qəbul etdiyi proqram əsasən, Tuqay meşələrinin tam bəpası ilə bağlı lahiyə hazırlanıb. Qısa müdətdən sonra layihəninin həyata keçirilməsinə başlanılacaq".

Şərhlər