Korrupsiyada ittiham olunan yeddi nəfər ölkədən qaçıb
18 İyul 2012 Çərşənbə 11:39
Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi keçirdiyi mətbuat konfransında bildirib.
2012-ci ilin I yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 141 cinayət işinin ibtidai istintaqı aparılıb, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 82 iş üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. Axtarışda olan 21 şəxsdən 14 nəfəri tutularaq, istintaqa təhvil verilib. Axtarışda olan daha 7 şəxsin isə öləkədən kənarda olması müəyyən edilib. Onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məhkəməyə göndərilən cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar