Azərbaycanda 250 minə yaxın kiçik sahibkarlıq subyektləri qeydiyyatdan keçib.
Statistikaya görə, bu gün Azərbaycanda 250 minə yaxın kiçik sahibkarlıq subyektləri qeydiyyatdan keçib. Iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, hər bir dövlət kiçik sahibkarlığın inkişafında ona görə maraqlıdır ki, bu tip fəaliyyətlərin qurulması daha asan başa gəlir. Bununla yanaşı, kiçik sahibkarlıq sahələrində işləyənlərin sayı adətən, 10 nəfərdən az olur və həmin sahibkar müflis olduqda bu ölkənin məşğulluq siyasətinə ciddi təsir göstərmir. Görəsən, bu gün kiçik sahibkarlıqda uğur qazanmaq üçün nələrə diqqət etmək lazımdır?
Vüqar Bayramovun fikrincə, kiçik sahibkarlar o sahəyə investisiya qoymalıdırlar ki, iri sahibkarlar o sektora sərmayə qoymaqda maraqlı deyillər. Bundan əlavə, kiçik ekspert onu da əlavə edir ki, kiçik sahibkarlar arasında rəqabət olduğundan onlar çalışmalıdırlar ki, müxtəlif kampaniyalarla və xidmətlərlə müştəri cəlb etsinlər. Onun fikrincə, bu gün kiçik sahibkarlıqla məşğul olmaq üçün ən sərfəli sahə xidmət sektorudur.