Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib
15 Noyabr 2012 Cümə Axşamı 21:39
Nazir Kəmaləddin Heydərov Zaqatalanın Mamrux və Faldar kəndlərində tikintisi başa çatan mənzillərin açarlarını sakinlərə təqdim edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün yenidən zəlzələ bölgəsinə gedib. FHN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, K. Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb.
Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.
DOSTLARINLA PAYLAŞ: