Kemaleddin Heyderov Salyanda vetendaşları qebul edecek
07 İyun 2013 Cümə 03:35
Kemaleddin Heyderov Salyanda vetendaşları qebul edecek. Fövqəladə hallar nazirinin vətəndaşların qəbulu iyunun 14-də keçiriləcək.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 14 iyun 2013-cü il tarixində saat 10:00-dan Salyan şəhərində vətəndaşların qəbulu keçiriləcək.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin Muğan Regional Mərkəzinin inzibati binasında (ünvan: Salyan şəhəri, B.Talıblı küçəsi, 9) 12 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
DOSTLARINLA PAYLAŞ: