Ölkə

Kəlbəcər və Laçın icra başçıları dəyişdi

Kəlbəcər və Laçın rayonları icra hakimiyyətlərində yeni təyinatlar olub.

· Xəbərçi
Kəlbəcər və Laçın icra başçıları dəyişdi
Azərbaycan prezidenti İlham Əliyev Vidadi Məhərrəmovun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentin digər sərəncamı ilə Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

İlham Əliyev həmçinin Laçın rayonunun İcra hakimiyyətinin başçısının dəyişməsi haqda sərəncam imzalayıb. Sərəncamla Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digət sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şərhlər