Keçmiş icra başçısı Rafiq Alışov hebs edildi
30 Avqust 2013 Cümə 15:34
Keçmiş icra başçısı Rafiq Alışov deleduzluqda ittiham olunur.
Qobustan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov həbs olunub. “Media forum” xəbər verir ki, avqustun 29-da Xəzər Rayon Məhkəməsi Rafiq Alışov barəsində həbs qətimkan tədbiri seçib.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi 7 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.

Rafiq Şıxməmməd oğlu Alışov Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar