Kartof ikiqat bahalaşdı
17 İyul 2013 Çərşənbə 22:42
Keçən il yaşanan quraqlıq Rusiyada meyvə-tərəvəzin bahalaşmasına səbəb olub.
Rusiyada keçən il yaşanan quraqlıq səbəbiylə meyvə-tərəvəz qiymətlərində böyük artım qeydə alınıb. ANS TV-nin müxbirinin ANS PRESS-ə verdiyi məlumata görə, xüsusiylə kartof ehitiyaclarının qarşılanması üçün xaricdən kartof almaq məcburiyyətində qalan Rusiyada son altı ayda kartof qiymətləri ikigat bahalaşarağ meyvə-tərəvəz qiymətlərindəki artımda birinci yerə çıxdı.

Moskovadakı "Komsomolets" qəzetinin xəbərine görə aprel-iyun ayları dönəmində kartof qiymətləri 77.2 faiz bahalaşaraq il başından bəri bu bahalaşma 116.5 faizə çatdı. Keçən il kilosu 40 rubla (1.3 dollar) satılan kartofun qiyməti indi 100 rubldur (3 dollar).

Kartofdakı bahalaşmaya baxmayaraq ət-qiymətləri isə bu ilin başından bəri 1.3 faiz ucuzlaşıb. Bu il hava şərtlərinin yaxşı olduğunu və qiymətlərin düşəcəyini deyən kənd təsərrüfatı nazirinin müavini İlya Şestakov isə bu il ölkədə 20 milyon taxıl toplanacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar