Jurnalistlərin binasında 1 mənzil sahibsiz qaldı
22 İyul 2013 Bazar Ertəsi 18:57
Həmin mənzil sabah da, 10 ildən sonra da verilə bilər.
"Bu gün jurnalistlərə paylanılan 156 mənzildən biri sahibsiz qalıb". Bu barədə Publika.Az-a açıqlamasında Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, hazırda jurnalistlərə 155 mənzil paylanıb: "1 mənzil hələlik ehtiyatda qalır. Həmin mənzil sabah da, 10 ildən sonra da verilə bilər. Bütövlükdə 155 mənzil sahibinə qismət oldu".

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa olunan 156 mənzilli binanın açılış və 2015-ci ildə istifadəyə veriləcək növbəti binanın təməlqoyma mərasimlərində iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar