İTV-də yeni təyinat
01 Avqust 2013 Cümə Axşamı 18:35
Elşən Səfərov və Əsəd Məmmədov İctimai televiziyanın direktorlar şurasına daxil olublar.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Direktorlar Şurasına iki yeni şəxs daxil olub. Modern.az saytının məlumatına görə, bunlar Elşən Səfərov və Əsəd Məmmədovdur.

Elşən Səfərov bir müddət öncə AzTV-dən İctimai Televiziya keçib. İTV-nin baş direktoru Cəmil Quliyev onu İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun Proqram direktoru vəzifəsinə təyin edib.
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan E.Səfərov əvvəllər bir sıra nazirliklərdə müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Azərbaycan Dövlət Televiziyasında sədrin köməkçisi, ayrı-ayrı vaxtlarda isə Dövlət Televiziyasının və Radiosunun baş proqram direktorunun müavini vəzifələrində çalışıb.

Direktorlar Şurasının digər yeni üzvü Əsəd Məmmədov bir müddət öncə İctimai Televiziyanın musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə təyinat alıb

Azərbaycan Dövlət İncəsənət İnstitutunun məuzun olan Ə.Məmmədov əvvəllər “Ədəbiyyat və incəsənət”, “Mədəniyyət” qəzetlərində, “Space” televiziyasında müxtəlif vəzifələr tutub. Daha sonra Bakı şəhər İcra hakimiyyətində referent, bölmə müdiri vəzifələrində çalışıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının katibi olub.

2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Televiziyasında musiqi və əyləncəli proqramlar və “Səhər” informasiya – musiqi redaksiyasında baş redaktor vəzifələrində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar