“Qış bulvarı" kimi tanıdığımız park Heydər Əliyev Sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazidə salınıb. İşıqlandırma, dekorativ ağac və gülləriylə göz oxşayan park həm də təmizliyi və sakitliyi ilə diqqəti cəlb edir.
2009-cu ildən prezident İlham Əliyevin tapşırığına əsasən inşa olunan park kompleksi 4 min 500 avtomobil tutumuna malik yeraltı dayanacağın üzərində tikilib. Yeraltı dayanacağa daxil olan sürücü elektron tablolar vasitəsilə boş yerlər haqqında məlumat ala bilir.
Paytaxt ərazisində salınan ən böyük park olan bu yeni kompleks həm də yaşlı insanlar və təqaüdçülər üçün əlverişlidir. 7 hektar ərazisi olan parkın 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Komplekdə həmçinin müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.





Şərhlər