İsmet Abbasov hökumetden kömek isteyir
22 Avqust 2013 Cümə Axşamı 18:55
İsmet Abbasov: Artıq 28 rayonda iribuynuzlu mal-qara arasında bu xesteliyin yayılması qeyde alınıb.
Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstəlik artıq 28 rayonu əhatə edib. ANS PRESS-in Lent.az-a istinadən verdiyi məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə, artıq 28 rayonda iribuynuzlu mal-qara arasında bu xəstəliyin yayılması qeydə alınıb.
Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova ötən gün keçirdiyi mətbuat konfransında xəstəliyin 17 Aran rayonunda yayıldığını söyləmişdi. Y. Xanvəli bildirib ki, xəstəliyin müalicəsi üçün Kənd təssərrüfatı naziri İsmət Abasov hökumətə müraciət edib:
"Hazırda Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət hesabına müalicə olunan xəstəliklərin siyahısında 11 xəstəlik var. Yeni yayılan xəstəlik bu siyahıda olmadığından, xəstəliyin qeydə alındığı rayonlarda heyvanların müalicəsi sahibkarların özləri tərəfindən aparılır. Yəni lazımi dərman preparatlarını sahibkarlar özləri alırlar. DBX tərəfindən xəstəliklə mübarizə aparılması üçün dövlət tərəfindən vəsait ayrılmadığından sahibkarlar mal-qaralarının müalicəsinə lazım olan dərmanları özləri alırlar.
Amma Nazirlər Kabinetinin qərarında da var ki, ölkəmizdə mal-qara arasında yeni xəstəlik yayılarsa, bunun üçün dövlət tərəfindən vəsait ayrıla bilər. Ona görə də, cənab nazir İsmət Abasov hökumətə müraciət edib”.
Y. Xanvəli Aran bölgələrində yeni yayılan virusun bünya virus ailəsinə məxsus olan xəstəlik olduğunu, üç virusun qarışığı olduğunu söyləyib. Onun sözlərinə görə, bu şomonda, akabene, aina adlı viruslardır:”Ağcaqanad və həşəratlar vasitəsilə yayılan xəstəlik mal-qara arasında artıq geniş yayılmaqdadır. 28 rayon üzrə iribuynuzlu heyvanların 25 faizi bu xəstəliyə yoluxub”.
DOSTLARINLA PAYLAŞ: