İsmayıl Ömerov İTV kanalındakı istefalardan danışdı
05 Sentyabr 2013 Cümə Axşamı 17:36
İsmayıl Ömerov: İctimai Televiziyadakı istefalar barede heç ne demek istemirem.
"İctimai Televiziyadakı istefalar barədə heç nə demək istəmirəm. Mənim mövqeyim yeni rəhbərliyin işinə qarışmaq kimi başa düşülə bilər".

Bunu Teleqraf.com-a açıqlamasında İctimai Televiziyanın keçmiş direktoru İsmayıl Ömərov İTV-dəki son istefalara münasibət olaraq bildirib.

"Kimsə öz ərizəsi ilə işdən çıxırsa rəhbərlik buna neyləsin? Və ya rəhbərlik yeni komanda formalaşdırırsa, bu barədə mən nə deyə bilərəm", - İ.Ömərov deyib.

Keçmiş direktor bu yay ilk dəfə olaraq bol istirahət etdiyini və hazırda televiziya sahəsi üzrə elmi iş üzərində çalışdığını da bildirib.

"Xahiş edirəm mənə İTV-nin indiki durumu ilə bağlı suallar verməyin. Mən 8 il direktor oldum və istefa verdim. Yeni rəhbərlik televiziyanı necə idarə etmək istəyirsə, elə də etsin".

Qeyd edək ki, son günlər İTV-nin tanınmış aparıcıları, redaktorları istefa ərizəsi yazaraq televiziyanı tərk ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar