İslam Partiyasının sədri cəzalandırılıb
01 İyul 2013 Bazar Ertəsi 20:41
Vəkili həbsxanaya buraxmayıblar.
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov yenidən bir neçə günlük həbsxananın cərimə kamerasına salınıb. Bu barədə Amerikanın Səsinə vəkil Anar Qasımlı bildirib.

“M.Səmədovun hansı səbəbdən və neçə günlüyə cərimə kamerasına salınması ilə bağlı məlumat verməyiblər”, vəkil qeyd edib.

Vəkili həbsxanaya buraxmayıblar və sabah gəlməyini tövsiyə ediblər. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

M.Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İyulun 1-də İslam Partiyasının Baş Məclisnidə AİP sədri Mövsüm Səmədovun prezidentliyə namizədliyini irəli sürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar