İşıq pulunu ödemeyenlerin nezerine!
05 İyul 2013 Cümə 00:12
İşıq pulunu ödemeyenlerin nezerine! Borcu yaranmış abonentlerin elektrik enerjisi techizatı dayandırılacaq.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyulun 8-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun, qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqr. ASC-dən bildiriblər ki, elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq.

Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt (www.bes.az) vasitəsilə onlayn rejimdə həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar