İsa Qemberin oğlu Turqut Qember hebsden çıxdı
10 May 2013 Cümə 22:34
Turqut Qemberin və Əbülfəz Qurbanlının inzibatı həbs müddəti başa çatıb.
“Nida” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər və AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı bu saatlarda azadlığa çıxıb.
Onlar aprelin 30-da “Terrora yox!” şüarı ilə keçirilən aksiya zamanı saxlanılmışdılar. Gənclərə 10 sutkalıq həbs kəsilmişdi. Mayın 10-da onların sutkalıq inzibati həbs müddəti başa çatıb və saat 22-də azadlığa buraxılıblar.
Qeyd edək ki, həmin aksiyada həbs edilmiş “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin isə həbs müddəti mayın 15-də bitəcək.
http://s020.radikal.ru/i702/1305/2d/f1f66c1ab0ad.jpg
http://i022.radikal.ru/1305/38/512f9b92b865.jpg
DOSTLARINLA PAYLAŞ: