İsa Qəmbər gəlsə, döyüləcək
12 Aprel 2013 Cümə 11:08
Mahmud Quliyev Musavat başqanının cəbrayıllılarla görüş istəyinə sərt cavab verdi.
“İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir. Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq".

Bu sözləri Moderator.az-a açıqlamasında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev "Müsavat" başqanı İsa Qəmbərin Cəbrayıl rayonundan olan seçicilərlə görüşü barədə xəbərə münasibətində söyləyib.

Qeyd edək ki, "Müsavat" başqanının cəbrayıllılarla görüşünün olacağı barədə “musavat.com” saytı xəbər yayıb.
Mahmud Quliyev bildirib ki, İsa Qəmbəri bu rayonda Vahid Məmmədli və İzzət Məmmədlidən başqa kimsə dəstəkləmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar