Ölkə

İntiqam Əliyev barəsində qərar çıxıb

Hüquq müdafiəçisi İntiqam Əliyev 2 maddə üzrə təqsirli bilinir.

· Xəbərçi
İntiqam Əliyev barəsində qərar çıxıb
Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində qərar çıxarıb.

ANS PRESS-in məlumatına görə, vəkil Anar Qasımlı APA-ya bildirib ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər