İmran Ceferzade ye bir yardım eli daha uzandı
24 İyul 2013 Çərşənbə 17:22
Millet vekili zererçeke İmran Ceferzade ye ve ailesine hüquqlarını qorumağa hazır olduğunu deyib.
Bir neçə gün öncə Nabran qəsəbəsində yerləşən “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı körpənin ağır xəsarət alması ilə bağlı prokurorluqda cinayət işi açılsa da, hələ ki heç kim məsuliyyətə cəlb olunmayıb.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Modern.az-a bildirib ki, körpənin hər iki ayağının qopmasına səbəb olan “Akvapark” qurğusuna məsul şəxs onun işlədilməsi zamanı təhlükəsizlik qaydalarına riayət etməyibsə, məsuliyyətə cəlb olunmalıdır. Millət vəkili onu da bildirib ki, Mədəniyyət və Turizim Nazirliyi də “Nabran Holiday Village”ın lisenziya məsələsinə yenidən baxa bilər.

“Əgər burada texniki təhlükəsizliyə əməl olunmayıbsa, hər bir hadisə baş verə bilər. Bundan başqa, bir hüquq müdafiəçisi kimi 2 yaşlı İmran Cəfərzadənin ailəsinə hər cür hüquqi yardım göstərməyə hazıram. Cənab prezident sağ olsun, İmranın müalicəsi üçün bütün yardımları öz üzərinə götürdü. Amma bu o demək deyil ki, hadisəyə səbəb olan şəxslər məsuliyyətdən yayınacaqlar. Hətta bu ailə tərəfindən onlara qarşı iddia da qaldırıla bilər. Yəni bu məsələlərlə bağlı hüquq müdafiəçisi kimi uşağın ailəsinə yardım edəcəyəm” .

Xatırladaq ki, üç gün öncə “Nabran Holiday Village” də baş verən dəhşətli hadisə zamanı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı oğlanı sovuraraq özünə doğru çəkib. Bədbəxt hadisə zamanı 2 yaşlı İmran Cəfərzadə ayağının birini tamamilə itirib digərini isə itirmək təhlükəsi yaşayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar