Prezidenti İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, platformanın təməli 2010-cu ildə qoyulub. “Qərbi Çıraq” dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli “Bos Shelf” şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilmişdir. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.