Azərbaycan faunası üçün yeni olan iki növ balıq aşkar edilib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni balıq növləri AMEA Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi Namiq Mustafayevin 2008-2012-ci illərdə daxili su hövzələrində apardığı araşdırmalar nəticəsində aşkar olunub.
Bu balıqlar çəkikimilər (Cyprinidae) fəsiləsinə aid Amur enlibaşı (Pseudorasbora parva) və kilqarındır (Hemiculter leucisculus).
İki yeni balıq növü aşkar edildi
Balıq növləri daxili su hövzələrində apardığı araşdırmalar nəticəsində aşkar olunub.




Şərhlər