İctimai Televiziyada yoxlamalar aparılacaq
13 May 2013 Bazar Ertəsi 10:56
Hesablama Palata İTV-yə daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramını təsdiq edib.
Azərbaycan Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib. Palatadan «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, iclasda dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən Qax rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Naxçıvan MR büdcəsindən və digər mənbələrdən Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəsi və dövlət büdcəsindən Azərbaycanın İsveçdəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit proqramları müzakirə olunaraq təsdiq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar