İctimai Televiziyada kadr islahatları
06 İyun 2013 Cümə Axşamı 03:30
İTV-də boş olan texniki direktor və radionun proqram direktoru vəzifələri də tutulub.
Cəmil Quliyev İctimai Televiziyanın rəhbəri olduqdan sonra kadr dəyişikliklərini davam etdirir. Bu dəfə İTV-də yeni vəzifəyə təyinat alan şəxs Əsəd Məmmədovdur.
Əvvəllər AzTV-də işlədiyi bildirilən Əsəd Məmmədov bundan sonra İTV-də Musiqi Departamentinə rəhbərlik edəcək. AzNews.az-a daxil olan məlumata görə, Yayım Şurası artıq Ə.Məmmədovun yeni vəzifəsini təsdiq edib. Musiqi Departamentinin yeni rəhbəri artıq öz vəzifəsinin icrasına başlayıb.
Bundan başqa İTV-də boş olan texniki direktor və radionun proqram direktoru vəzifələri də tutulub. Ancaq hələlik həmin vəzifələrin yeni sahibləri ilə bağlı məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar